Müstəqillik Günü

Bu gün- 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü məktəbimizdə böyük ruh yüksəkliyi ilə qeyd edildi. Belə ki, bütün siniflərdə tarix dərsləri 1991-ci il oktyabrın 18-ində Azərbaycan Ali Sovetinin sessiyasında qəbul olunan tarixi sənədə həsr olundu. Tarix müəllimi Cəfərov Haqverdi müəllimin keçirdiryi açıq dərsdə qeyd edildi ki, bu sənədin qəbul olunması müasir Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunun sübutudur. Məktəbin digər tarix müəllimi Seydiyeva Tamilla müəllimə isə dərsdə müstəqilliyə gedən yol haqda söhbət açdı və bu yolda verilən qurbanları bir dəqiqə sükutla yad etməyi təklif etdi. Şagirdlər vətən haqda, müstəqilliyimiz haqda çıxışlar etdilər, şerlər söylədilər. Məktəbin direktoru Nailə Əhmədova bu dərslərdə iştirak etdi və şagirdlərə müraciətlə çıxışını Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə bitirdi: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi