Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi

14 oktyabr 2016-cı il tarixdə 203 nömrəli məktəbdə Səbail rayonu İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi pasportunun yaradılması və tətbiqi ilə bağlı məlumat sessiyası keçirildi. Tədbirdə Səbail rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə açan 203 nömrəli məktəbin direktoru Nailə Əhmədova yol təhlükəsizliyi mövzusunun hər bir vətəndaş üçün əhəmiyyətli olduğunu bildirdi. N.Əhmədova qeyd etdi ki, baxmayaraq ki, bu qaydalar barədə böyük əksəriyyət məlumatlıdır, amma onlara heç də hamı əməl etmir və bununla da inzibati xəta törədən şəxslər yollarda təhlükəli anların yaşanmasına səbəb olurlar. Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı polis mayoru Kəmalə Ələkbərova təmsil etdiyi qurumun yeniyetmə və gənclərlə apardığı işlərdən danışdı və vurğuladı ki, sürücülük mədəniyyəti ilə yanaşı həm də piyada mədəniyyətinin yüksəldilməsi istiqamətində çalışmaq lazımdır. Bu davranışlar isə məktəb yaşlarından formalaşdırılmalı və inkişaf etdirilməlidir. 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol təhlükəsizliyi ilə əlaqədar həyata keçirilən işlərdən danışdı və qeyd etdi ki, bu sahədə toplanılmış təcrübə göstərir ki, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə bütün yaş qrupları arasında aparılmalıdır. Maarifləndirmə işləri o səviyyədə olmalıdır ki, yol hərəkəti iştirakçıları qaydalara riayət etməyi vətəndaş borcu kimi dərk etsinlər. Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Anar Nağıyev yol təhlükəsizliyinin təmin olunması həm hüquq-mühafizə, həm də digər icra strukturları qarşısında yeni prioritetlərin yaranmasını qeyd etdi və bildirdi ki, bu sahədə aparılan maarifləndirmə işi həmin prioritetlər arasında mühüm yer tutan fəaliyyət növüdür. Səbail rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində yol təhlükəsizliyi mövzusunda tədbir və aksiyaların keçirilməsi barədə məlumat verən A.Nağıyev bu kimi fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi. “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov layihə çərçivəsində hazırlanmış “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə”nin vəzifələri və məzmunu barədə ətraflı məlumat verdi və ibtidai siniflərdə yol təhlükəsizliyi pasportunun sxematik versiyası əsasında keçirilməli olan maarifləndirmə işi barədə zəruri məsləhətlər verdi. 7 saylı orta məktəbin müəllimi Elmira İbrahimova, 49 saylı “İntellekt” liseyinin nümayəndəsi Sevinc Nağıyeva və digər iştirakçılar onları narahat edən problemlər haqda məlumat verdilər və həmin vəziyyətlərdən çıxış yolları barədə zəruri məsləhətlər aldılar. Sonda tədbir iştirakçılarına metodik tövsiyyələr və məktəbimizin şagirdləri üçün isə 203 nömrəli məktəb üçün xüsusi tərtib edilmiş yol təhlükəsizliyi pasportunun sxematik versiyası təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi