Bakı Ekspo Mərkəzi

9 oktyabr 2016-də məktəbimizin yuxarı sinif şagirdləri Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin baş tutduğu Bakı Ekspo Mərkəzində olmuşlar. Sərgi şagirdlərin böyük marağına səbəb olmuşdur. Gənclər ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşmüş, qabaqcıl universitetlərin qəbul proqramları ilə tanış olmuş, qəbul şərtləri ilə maraqlanmışlar. Şagirdlərimiz xaricdə təhsil haqda ətraflı məlumat almış, eyni zamanda Bakıda intensiv xarici dil kursları, bu kurslar üzrə treninqlərin proqramlarını əldə etmişlər. Şagirdlərimizlə birgə sərgini ziyarət edən məktəbimizin psixoloqu Fərqanə müəllimənin sözləri ilə desək, şagirdlərimiz belə yüksək səviyyəli Təhsil Sərgisindən çox faydalanmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi