Müəllim günü

Bu gün məktəbimizin musiqi müəllimi Rəna xanımın rəhbərliyi ilə yuxarı sinif şagirdlərinin iştirakı ilə Müəllim gününə həsr edilmiş tədbir keçirildi. Şagirdlər doğma müəllimlərinə hörmət və məhəbbətlərini şeirlə, mahnıyla və digər musiqi nömrələri ilə bildirdilər. Məktəbin xoru” Əziz müəllimim” mahnısını məktəbimizin bütün müəllimlərinə həsr etdi. Söz məktəbin tədris üzrə direktor müavini Əzizə Kərimovaya verildi. Əzizə xanım bütün pedaqoji kollektivi peşə bayramı münasibətiilə təbrik etdi, müəllimlərə çətin, lakin nəcib işlərində uğurlar dilədi. Direktor müavini üzünü şagirdlərə tutaraq müəllimlərinə belə yüksək qiymət verdiklərinə və baxımlı tədbirə görə onlara təşəkkür etdiƏ şagirdlərə nlara yeni-yeni uğurlar arzuladı. Sonda məktəbin direktoru Nailə Əhmədova ətraflı çıxış etdi. Nailə xanım müəllim sənətinin böyüklüyünü vurğulayaraq bu adı şərəf və layaqətlə daşıyan bütün pedaqoji kollektivi və bu kollektivin simasında hər bir Azərbaycan müəllimini təbrik etdi. Nailə xanım məktəbimizin riyaziyyat müəllimi öz peşəsinin vurğunu, uzunillər boyu azərbaycan təhsilinə vicdanla xidmət edən gözəl pedaqoq, xüyirxah insan Tağıyev Əsədulla müəllimi çalışmanın yaş həddinə çatmağı ilə əlaqədar təqaüdə yola salınması münasibəti ilə təbrik etdi, ona can sağlığı və xoşbəxtlik arzuladı. Tədbir həm şən, həm də səmimi şəraitdə keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi