31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 31 Mart–AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ hər il olduğu kimi bu gün də dərin hüzn və kədərlə məktəbimizdə təşkil olunmuş tədbirlə yad olundu.Tədbirdə məktəbin müdiriyyəti,fənn müəllimləri və şagirdlər iştirak etdi. Tədbir iştirakçılarına 31 Mart soyqırımı günü ilə bağlı maraqlı faktlar söyləndi.Tədbirin sonunda məktəbin direktoru Əhmədova Nailə tədbirdə iştirak edən şagirdlərinə və dəyərli vaxtlarını burada keçirən hər kəsə öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi