Məzunlarla görüş.

Bu gün məktəbimizdə 2015/2016-cı ilin məzunları ilə yuxari sinif şagirdlərinin görüşü keçirildi. Görüşdə respublikanın ayrı-ayrı universitetlərinə yüksək ballarla qəbul olunan builki məzunlarımız dəvət olunmuşdu. Dəyirmi masa şəklində keçirilən bu səmimi görüşü məktəbin direktoru Nailə Əhmədova açdı. Nailə xanım ilk öncə məzunlarımızı doğma məktəbimizdə salamladı və ali məktəbə daxil olmaq münasibəti ilə təbrik etdi. Sonra söz 635 balla ali məktəbə qəbul olmuş Əliyev Pərvizə verildi. Pərviz məktəb illəri haqda, həmin illərdə dərslərinə necə hazırlaşmağı barədə danışdı və yuxarı sinif şagirdlərinə öz tövsiyyələini verdi. Yuxarı sinif şagirdləri müxtəlif suallarla məzunlarımıza müraciət etdilər. Məzunlar qazandığları uğurlarına görə məhz məktəbə, doğma müəllimlərinə minnətdar olduqlarını bildirdilər. Səmimi bir atmosferdə keçən görüş maraqlı və yaddaqalan oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi