BİLİK GÜNÜ

Bu gün Azərbaycanın bütün təhsil ocaqlarında olduğu kimi bizim məktəb də qapılarını şagirdlərin üzünə açmışdır. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “ Bilik günü” sərəncamı ilə kimi qeyd edilən tədris ilinin ilk günü məktəbimizin şagird və müəllim kollektivi üçün əsil bayrama çevrilmişdir. Yeni tədris ilində məktəbimizə üz tutan birincilər, illərlə bu məktəbdə təhsil alan yuxarı sinif şagirdləri, valideynlər və müəllimlər bu təntənəli toplantıda iştirak etdilər. Toplantı Azərbaycanın himni ilə açıldı, məclisə Azərbaycanın bayrağı gətirildi. Toplantını giriş sözü ilə məktəbın direktoru Nailə Əhmədova açaraq Bilik günü münasibəti ilə hamını təbrik etdi, sürətlə inkişaf edən ölkəmizdə təhsilə verilən dəyərdən söhbət açdı. Nailə xanım builki məzunlarımızın uğurları, onların ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərə yüksək balla daxil aolmaqları haqda məlumat verdi. Builki 11-cilərə 635 ball toplayaraq tələbə adını qazanmış məzun Əliyev Pərvizi nümunə gətirdi. Sonra söz Səbail İcra Hakimiyyətinin nümayəndəsi Elxan Cəfərova verildi. Elxan müəllim toplantı iştirakçılarını təbrik edərək Səbail İcra Hakimiyyətinin məktəbimizə diqqət və qayğısından danışdı. Toplantı birincilərin rəngarəng çıxışları, valideynlərin ürək sözləri ilə davam etdi. Sonda birincilər üçün ilk zəng, 11-cilər üçün sonuncu dəfə təntənəli ilk zəng səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi