“Əlifba bayramı”

Bu gün 1a, 1b, 1c siniflərində Əlifba bayramı keçirildi. “Əlifba bayramı” hər bir məktəblinin həyatında unudulmaz bir gündür. Məktəbimizdə Əlifba bayramının keçirilməsi bir ənənəyə çevrilmişdir. Builki bayram çox təntənəli və maraqlı keçdi. Bu bir il ərzində oxuyub-yazmaqla yanaşı vətənimizin adət-ənənələrini nümayiş etdirdilər. Uşaqlar mahnı oxuyub, şeir söyləyib, rəqs etdilər. Tədbirdə birincilərin valideynləri də böyük həvəslə iştirak etdilər. Birincilərimiz həm müəllimlərinin, həm də valideynlərinin qarşısında hesabat verirmiş kimi bütün bacarıqlarını nümayiş etdirdilər.Yolunuz uğurlu olsun, fidan balalar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi