"Marketing və menecmentin modelləşdirilməsi"-yarışı

Bu gün məktəbimizin direktoru və iqtisadiyyat müəllimi Əhmədova Nailə xanımın təşkilatçılığı ilə iqtisasiyyat fənni üzrə 9b və 10b sinifləri arasında "Marketing və menecmentin modelləşdirilməsi" adlı tətbiqi iqtisadiyyat yarışı keçirildi. Hər sinifdən tərkibi üç şagird olmaqla (ümumilikdə dörd komanda) yarışa qoşuldu. Altı mərhələdən ibarət bu yarışda gərgin rəqabət şəraitində komandalar qiymət, istehsal həcmi, marketing, investisiya və elmi tədqiqat işlərinə ayrılan vəsait haqda qərarlar verir, qərarlar kompüterə daxil edilir və virtual mənfəət qazanırlar. Yarışın sonunda ən çox mənfəət qazanan komanda - 10b (2) komandası qalib elan edildi və yadigar hədiyyə ilə təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi