Şərəfli ömür yolu.

27.04.2016-cı il tarixdə Səbail rayonu Riad Əhmədov adına 203 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə görkəmli oftalmoloq alim, akafemik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Şərəfli ömür yolu” adlı tədbirin ssenarisi:-Tədbiri məktəbin direktoru Nailə Əhmədova açdı. O, Zərifə xanımən şərəfli həyat yolundan, bu həyat yolunun hər bir azərbaycanlıya örnək olduğundan danışdı. Söz məktəbin şagirdlərinə verildi. Tədbir aparacıların- İbadov Nurəddin və Şahbazlı Almazın akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən mətni və slaydalrla müşayət edilirdi.1.”Azərbaycan” Oxuyur xor2. Zərifə xanım Əliyevaya həsr olunmuş azərbaycan, rus və ingilis dilində şeirlər3. 5-ci sinif şagirdlərinin iştirakı ilə Tofiq Quliyevin “Vals” rəqsi4. C.Cabbarlı “Ana”. İfa edir Nuruzadə Fidan5. Sevil Əliyeva “Qayıt, əzizim”. İfa edir Bayramova Samira6. Üzeyir Hacıbəyov “Sənsiz”. İfa edir Quliyeva Nərminə7. Heykəllərin dialoqu. İfa edir Bayramlı Elnur və Hüseynova Ləman 8. “İlhamla irəli” Oxuyur xor. Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət xanım Vəliyeva, Səbail İcra Başçısının müavini Xalidə xanım Bayramova, məktəb direktorları, Nazim Hikmət adına kitabxananın əməkdaşları, Müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbirin sonunda BŞTİ-nin müdiri Məhəbbət xanım Vəliyeva şıxış edərək şagirdləri belə bir tədbirdə fəal iştirak etdiklərinə görə təbrik etdi. Onlara tarixi şəxsiyyətlərimizdən, o çümlədən görkəmli alim,ictimai xadim, səmimi insan, gözəl ana, sadiq həyat yoldaşı Zərifə xanım Əliyevadan nümunə götürməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi