Əliyev Cavanşir Əli oğluMəktəbimizin riyaziyyat müəllimi Əliyev Cavanşir Əli oğlu 25 iyun 2011-ci ildə "İlin ən yaxşı Həmkarlar təşkilatı" müsabiqəsinin qalibi olub və diplomla təltif edilib.
5 oktyabr 2012-ci ildə Bakı şəhər Təhsil İdarəsi tərəfindən Fəxri Fərman təltif edilib.
25 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının qabaqcıl Təhsil işçisi adına layiq görülüb.
Nafilə Abuzərli1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz kəndində elin güvənc yeri olan ziyalılar ailəsində anadan olmuşdur.
1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsini bitirmişdir.
“Azərbaycan Yazıçı Qadınlar” İB-nin təsisçilərindən biri,”Yazıçı Qadınlar” jurnalının məsul katibi, ”Nural”qeyri-adi istedadlı uşaqlara qayğı klubunun rəhbəridir.
O,on kitab müəllifidir. “Zərrəndə bir dünya yanğı yox isə”, “Xırdalanmaq qorxusu”, “Gəl gör mənə eşq neylədi”, “Şahbuzdan uçan qartal”, “Alın yazısı” ,“Elçilər”,”Bəşərin beşiyi”,”Adəmdən Xatəmə” ,“Nuralın dərsi” və “Eşq mələyi” “Vətəni çiynində saxlayan oğul” və “İbtidai siniflər üçün ifadə”kitabının müəllifidir adlı kitabları nəşr olunmuşdur. 1987-ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Komitəsi ilə Azərb.SSR LKGİ MK-nin birgə keçirdiyi uşaqlar üçün pyeslərin respublika müsabiqəsində onun “Hərflərin üsyanı” adlı pyesi III yeri tutmuşdur.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
H.Cavidə həsr olunmuş “Eşq mələyi” adlı poeması əsasında televiziyada “Ah ədalət” tamaşası nümayiş etdirilmişdir.”Hərflərin üsyanı” əsəri əsasında da tamaşa hazırlanıb göstərilmişdir.
N.Abuzərli qələmini tarixi mövzularda da sınamışdır. Onun milli istiqlal dövrünü əks etdirən “Alın yazısı”, repressiya illərinin dəhşətlərini göstərən “Hüseyn Cavid”, N.Rəfibəyliyə həsr olunmuş “Qəlbi güllərə açılan qız” adlı dram əsərləri vardır.Eləcə də “Dədə-baba günü”, “Hüveyl itləri”, “Sınıqlıq”, “Gəlindaş əfsanəsi” və “Cənnət qızın nağılı” kimi pyeslərin müəllifidir. “Ağ quş,beş düha,yüz il”, “Molla Nəsrəddin”, “Salam XXI əsr”, “Heyrət ey büt”, “Şeir Şükriyyə”, “Qurd yağı”, “Arılar sirri-xuda”, “Şəhid Faiq” “Rəqəmlər” kimi poemaları da oxucuların ixtiyarına verilib. Nafilə xanım son illərdə dini mövzulara müraciət edərək “Yusifin nağılı”, “Həzrəti Musa peyğəmbər”, “Bəşərin atası”, “İnsanlığın sultanı”, “Allahın sevimlisi” və “Bəşərin beşiyi” kimi iri həcmli mənzum əsərlər yazmışdır.
2013-2014-cü ilin prezident təqaüdçüsü olub.
O,Nərimanov rayonu A.Mustafayev adına 202№-li məktəbdə müəllim işləyir.
202№li tam orta məktəbin nailiyyətləri- Ulu öndərin 89-cu il dönümü ilə əlaqədar olaraq Respublika səviyyəsində keçirilən inşa yazı müsabiqəsində məktəbin şagirdi Balakişiyeva Aytac Etibar qızı I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən I dərəcəli diplom,planşet,notebook və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
- Şahmat və idman yarışlarında,əl işlərindən ibarət sərgilərdə ,"Şahin" və "Sağ cina" uğrunda hərbi idman yarışlarında şagirdlərimizin iştirakı,I və II yerlərə layiq görülmələri;
- Fənn müəllimlərinin sınaq qiymətləndirilməsində 80%-dən yuxarı yer tutmaları;
- Kurikulum baxımından dərsliklərin hazırlanmasında məktəbin tarix müəllimi Hümmətova Nuriyyə Əli qızının, dil-ədəbiyyat müəllimləri Qubanova Gülnarə İbrahim qızı və Xəlilova Gülşən Cəlal qızının, ingilis dili üzrə Səfərli Reyhan Əli qızının ekspert kimi iştirak etmələri;
- Şagirdlərimizin respublika və şəhər turunda I,II,III yerlərə layiq görülməsi;
- Məzunlarımızın yüksək balla ali məktəbə qəbul olunması və fənn müəllimlərinin əməyinin əlaqədar təşkilatlar tərəfindən qiymətləndirilməsi bizim başlıca nailiyyətlərimizdəndir.