Nailiyyətlərimiz

Avropa Shotokan Karate Çempionatında I yer tutmuş şagirdimiz Musayeva FidanMəktəbimizin 9b sinif şagirdi Musayeva Fidan Bolqarıstanda 26-28 oktyabrda keçirilən 10-cu Avropa Shotokan Karate Çempionatında I yer tutduğuna görə kubok, medal və sertifikatla təltif olunmuşdur. Biz də bütün kollektiv adından şagirdimizi səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzu edirik.

Diplom və Fəxri Fərmanla təltif olunmuş şagirdlərimizMəktəbimizin şagirdləri "Azərbaycan repressiya qurbanlarına Heydər Əliyev qayğısı" mövzusunda Nərimanov rayon məktəbliləri arasında keçirilmiş inşa-yazı müsabiqəsində və "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda Nərimanov rayon məktəbliləri arasında keçirilmiş rəsm müsabiqəsində iştirak etmişlər. 9b sinif şagirdi Məmmədli Altun III yer tutaraq Diplom və medalla, 7b sinif şagirdi Qəhrəmanlı Lalə,11a sinif şagirdi Abuzərli Turanə və 9b sinif şagirdi Oruczadə Çinarə fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunmuşlar. Biz də onları təbrik edir, işlərində uğurlar arzu edirik.

Əzizova AytacAzərbaycan xalq cumhuriyyətinin 100 illik yubileyi münasibətilə "Azərbaycan Dövlətçilik Tarixində Xalq Cumhuriyyətinin Rolu" mövsuzunda inşa-yazı müsabiqəsində I yer tutmuşdur.

HAQQIMIZDA

Bakı şəhəri Alı Mustafayev adına 202№li tam orta məktəb Nərimanov rayonunda yerləşir. Məktəb 1937-ci ildə inşa edilib,1947-ci ildən orta məktəb kimi fəaliyyət göstərir. Məktəb 750 yerlikdir, I növbəlidir, 5 günlük iş həftəsi ilə ...

BİZİM FƏXRLƏRİMİZ

Aytac Balakişiyeva Etibar

Aynur Nağızadə Rasim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi