Görüş

Hörmətli kollektiv üzvləri, əziz həmkarlarım!
Sizinlə keçirdiyim illərə, birgə fəaliyyətimizə və paylaşdığımız dəyərlərə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.
Beş illik rəhbərlik fəaliyyətimdən sonra yeni təyinatla başqa bir məktəbdə çalışmağa başlayıram. Bu qərar mənim üçün həm kədərlidir – çünki sizlərdən ayrılıram, həm də sevinclidir – çünki yeni bir mühitdə yeni uğurlar üçün yola çıxıram.
Bu illər ərzində sizinlə bir ailə kimi çalışmaq, çətinlikləri birlikdə aşmaq, uğurlara birgə sevinmək mənim üçün böyük qürur və dəyər oldu. Hər birinizin fədakarlığı, peşəkarlığı və səmimiyyəti məktəb-liseyimizin uğurlarında əsas rol oynayıb. Mən bu kollektivi yalnız iş yoldaşları deyil, həm də həyatımın unudulmaz bir hissəsi kimi xatırlayacağam.
Sizə gələcək fəaliyyətinizdə uğurlar, sağlamlıq və yeni nailiyyətlər arzu edirəm. Əminəm ki, məktəb-liseyimiz bundan sonra da inkişaf edəcək və daha böyük uğurlara imza atacaq.
Hər zaman Sizləri hörmət və xoş xatirələrlə yad edəcəyəm.