PISA Beynəlxalq Qiymətləndirmə ilə Bağlı şagirdlərlə maarifləndirici görüş

A.Hüseynzadə adına 20 nömrəli məktəb - liseydə şagirdlərin beynəlxalq qiymətləndirmə meyarları barədə məlumatlandırılması məqsədilə PISA (Programme for International Student Assessment) ilə bağlı maarifləndirici görüş keçirildi.
Tədbirdə şagirdlərə PISA-nın məqsədi, qiymətləndirmə meyarları və beynəlxalq əhəmiyyəti haqqında geniş məlumat verildi. Görüş zamanı real nümunələr üzərində müzakirələr aparıldı, şagirdlərin sualları cavablandırıldı və onlarda bu qiymətləndirməyə qarşı motivasiya yaradıldı.
Bu cür görüşlərin məqsədi şagirdlərin düşünmə, tətbiq etmə və analiz etmə bacarıqlarını artırmaqla yanaşı, onları qlobal miqyasda baş verən təhsil tendensiyalarından xəbərdar etməkdir.