Xocalı faciəsinin 33-cü ildönümü anıldı

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 7 "A" , 7 "B" , 7 "Ç" , 7 "D" , 7 "F" siniflərində Xocalı faciəsi anıldı. Şagirdlər tarixin bu qanlı səhifəsini daha dərindən anlamaq üçün videoçarxlar izlədilər, şahidlərin xatirələrini dinlədilər və faciəni əks etdirən təqdimatlar etdilər. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər, divar qəzetləri və posterlər hazırladılar. Xocalı faciəsi – yalnız keçmişin deyil, həm də gələcəyin dərsidir. Bu gün siniflərdə tarix danışdı, biz isə onu unutmayacağımızı bir daha sübut etdik.