Gənc iqlim elçimiz Əsma Mansurzadə
20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü hər bir uşağın hüquqlarının qorunmasının və təmin olunmasının vacibliyini xatırladır. Şagirdimiz Gənc iqlim elçimiz Əsma Mansurzadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə sədri Bahar Muradova ilə görüşmüşdür.
UNICEF Azərbaycanın təşkilatçılığı və müvafiq qurumlarla birgə Dünya Uşaqlar Günündə simvolik olaraq bir neçə saatlıq da olsa uşaqlar böyüklərin rolunu üstlənərək onlar üçün ən vacib məsələlər haqqında danışa bilərlər. Bu fəaliyyət uşaqların öz hüquqlarını əyləncəli bir şəkildə araşdırmalarına və qərarların necə qəbul edildiyini daha yaxşı başa düşmələrinə imkan yaradır. Eyni zamanda, uşaqların öz baxışlarını səsləndirməsi və böyüklər, həmçinin qərar qəbul edən şəxslər tərəfindən həyata keçirilən həll yollarını təklif etmələri üçün bir fürsətdir.