“Nəfəs” pantomim tamaşası
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nəfəs” pantomim tamaşası nümayiş olunub.
Tamaşanı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal RİH-in nümayəndələri, BŞTİ-nin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu və Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları, müəllimlər, şagirdlər və digər qonaqlar izləyiblər.
Tamaşadan əvvəl məktəb-liseyin həyətində şagirdlərin iştirakı ilə fləşmob nümayiş olunub. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.