“Qərbi Azərbaycana qayıdış” intellektual müsabiqədə ikinci yer

Bir Könüllü Tələbə Təşkilatının və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Milli Kimlik Məktəbi” layihəsi çərçivəsində məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” intellektual müsabiqə həyata keçirilmişdir.
Şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, toponimləri haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini dəstək olmaq məqsədi ilə keçirilən intellektual yarışda tərkibi 5 nəfərdən ibarət olmaqla ümumilikdə 20 komanda iştirak etmişdir.
Yarışda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin Məktəbli Könüllü şagirdləri ikinci yerin qalibi olmuşlar.