“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir

08.05.2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 8 "H” sinfində tədbir keçirilmişdir. Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29-un ölkəmizdə keçirilməsinin mühüm bir hadisə kimi qiymətləndirildiyi, Konvensiyanın insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədinin daşıması xüsusi qeyd edilib.