Asudə vaxtın səmərəli təşkili
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 9”A” sinfi Suraxanı gəmi muzeyini ziyarət etmişlər. Şagirdlər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanmışlar.