16 aprel ümumdünya Bioloqlar günüdür

   16 aprel ümumdünya Bioloqlar günüdür.

   Biologiya həyat haqqında elm deməkdir. Ağlınıza gələ biləcək canlı hər bir şeyi və onların həyati proseslərini öyrənən elmdir. Mədəniyyətimizi, sənətimizi, elmimizi, dinimizi, fəlsəfəmizi və “insan” kimi düşünə biləcəyimiz hər şeyi mümkün edən həyati funksiyalarımızı dərk etməmizə kömək olan bir elm sahəsidir.

   Hər il aprelin 16-sı Bioloqlar Günü kimi qeyd olunur. Biologiya həyatın ilk yarandığı gündən etibarən necə inkişaf etdiyini, müxtəlifliyə təsir edən bəzi amilləri, dünyada mövcud müxtəlifliyin yayılmasını, həyat hadisələrini quruluş və fəaliyyətinə əsaslanaraq araşdıran, gələcək vəziyyəti ilə bağlı proqnozlar verən elm sahəsi kimi tanınır.

   16 aprel Dünya Bioloqlar günü münasibəti ilə A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin  6 “F” sinfində tədbir keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi