Asudə vaxtın səmərəli təşkili

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 8 “Ç” sinif şagirdləri sinif rəhbəri Aygün Qasımova və fənn müəllimi Könül Şiriyeva ilə Azərbaycan Dəmiryol Muzeyində ekskursiyada olmuşdurlar.
Köhnə Sabunçu Vağzalının binasında yerləşən muzey 2019-cu ildən fəaliyyət göstərir .
Muzeydə Azərbaycanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif eksponatlar , XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri ,nadir eksponatlardan olan Zaqafqaziya dəmiryolunun tarixi xəritəsi şagirdlərin böyük marağına səbəb olmuşdur.