"Yaz ətirli Novruzum" adlı bayram tədbiri

“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində martın 19-da A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin akt zalında V sinif şagirdlərinin iştirakı ilə "Yaz ətirli Novruzum" adlı bayram tədbiri keçirilmişdir. Tədbir zamanı şagirdlər öz siniflərinin hazırlamış olduqları şeirləri söyləmiş, rəqs müsabiqəsi üzrə yarışmış, viktorina-yarışında iştirak etmiş, bayram səhnəcikləri ilə izləyicilərə maraqlı bayram əhvali-ruhiyyəsi yaşatmışlar.
Tədbirdə məktəb-liseyin rəhbərliyi, müəllim heyəti və şagird kollektivi də iştirak etmişdir.