“Ana Vətənimin Anası Dilim” adlı tədbir

   A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 6 "G" sinif şagirdlərinin iştirakı ilə 21 Fevral-Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana Vətənimin Anası Dilim” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan tədbirdə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər Ulu Öndərin ana dili haqqında dediyi müdrik kəlamlarla yanaşı B.Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Ana dilim” şeirlərini və biri biri dən maraqlı musiqilər səsləndirib, səhnəciklər göstərdilər.  Tədbir şagirdlərin yüksək vətənpərvərliklə bir – birindən maraqlı çıxışları ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi