Şagirdlərimiz BMT-nin kiçik modeli olan MUN layihəsində

   Elm və Təhsil Nazirliyinin Qrant müsabiqəsi çərçivəsində BTI nəzdindəki məktəb şagirdləri üçün həm onlayn, həm də əyani olmaqla 252 nömrəli orta məktəbdə həyata keçirilən BMT-nin kiçik modeli olan MUN layihəsində A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey də iştirak etmişdir.

   Seçim mərhələsi 2 ay əvvəl başlanan bu layihədə məktəbi ingilis dili müəllimi,əməkdar müəllim Təranə Əliyeva və 8 “L” sinif şagirdləri Nuray Zeynallı və Fatimə Həbibi təmsil etmişlər.

Layihədə böyük həvəslə iştirak edən şagirdlər, layihənin məramına uyğun müəllimlərin də müəyyən dəstəyi, rəhbərliyi ilə müxtəlif komitələrdə digər ölkələri “diplomatik” səviyyədə, rəsmi , müvafiq qaydalar əsasında təmsil edib, fikir mübadiləsi apardılar.

   Bizim sagirdlər də “ “Təhlükəsizlik Şurası” komitəsinin üzvləri kimi “Kibertəhlükələrə qarşı mübarizə” kimi aktual mövzu ətrafında öhdələrinə düşən ölkələrin diplomatik təmsilçisi kimi maraqlı çıxışlarla öz mövqe və qərarlarını bildirmiş, qətnamələrin qəbulu zamanı fəal iştirak etmişlər.

   Layihədə iştirak şagirdlərə mövzu üzrə düzgün araşdırma aparmaq, BMT iclaslarında istifadə edilən rəsmi dil, diplomatik nitq etalonlarından düzgün istifadə etmək vərdişi, müvafiq davranış qaydaları, əhəmiyyətli qərar və qətnamələrin hazırlanması kimi yeni bilik və bacarıqlar, fərqli fikirlərə tolerantlıq, sərbəst fikir yürüdə bilmək, liderlik qabiliyyəti formalaşdırmaqla yanaşı, digər məktəblərin şagirdləri ilə eyni komandada əməkdaşlıq edə bilmək, həmçinin müxtəlif məktəblərdən olan başqa zəkalı şagirdlərlə tanışlıq və dostlar da qazandırmışdır. MUN layihəsi maraqlı, xoş əhval-ruhiyyəli, işgüzar atmosferdə keçən 3 günlük konfransla tamamlanmış və layihənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi