XI sinif şagirdləri üçün “İmtahan həyəcanı və ondan qurtulma yolları” adlı seminar
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə fevralın 20-də XI sinif şagirdləri üçün “İmtahan həyəcanı və ondan qurtulma yolları” adlı seminar keçirilmişdir. Seminar məktəbin psixoloqları Sadıqova Səbinə, Rzayeva Fidan tərəfindən imtahan öncəsi şagirdlərdə sağlam emosional mühit yaratmaqdan ibarət olmuşdur. Seminarın keçirilməsində əsas məqsəd imtahan həyəcanını azaltmaq, şagirdlərdə özünəinamı yüksəltmək, zehni və fiziki reaksiyaları müəyyənləşdirməkdən ibarət olmuşdur.