“Uşaq və Yol təhlükəsizliyi” mövzusunda tədbir
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq və Yol təhlükəsizliyi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Esmira Ağayeva açmışdır. Tədbirdə millət vəkili Jalə Əhmədova, mərkəzin şöbə müdiri Fəridə Süleymanova, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Pərvanə Muradova, Elnur Mahmudov, Rüstəm Əhmədli, avtosfer saytının rəhbəri Elməddin Muradlı və AMAK-ın nümayəndəsi Həsən Xıdırov iştirak etmişdirlər.