"7-dən 17-ə vətənpərvər! " layihəsi çərçivəsində görüş

   Mən şəhid olmuşam, ölməmişəm ki, 
Tanrı şərəf yazdı taleyimizə.
Şəhidlik  ən uca zirvə sayılır,
Həmin o zirvədən baxacam sizə.

Qanları bahasına bizə “Zəfər sevinci” yaşadan oğulları unutmaq olmaz.

   "7-dən 17-ə vətənpərvər! " layihəsi çərçivəsində 8 ç sinif şagirdləri , valideynləri, sinif rəhbəri A. Qasımova və fənn müəllimi K.Şiriyeva II Şəhidlər Xiyabanında şəhidləri ziyarət etmiş və sinfin adını daşıdığı şəhid Elvin İslamovun məzarı önündə çiçəklər qoyub, şeirlər söyləmiş, sonra şəhidimizin evində olmuşdurlar.

Otaqda sanki canlı Elvin dayanmışdı.Yaraşıqlı şəklindən gülümsəyən gözləri ilə gələn şagirdlərə, qonaqlara baxırdı…

   Şəhidin ağbirçək nənəsi, bacısı və gözlərindən yaş axan anası qürur hissi ilə Elvinlə bağlı xatirələrini , şəhid olacağını hiss edən oğlunun anasına “Mən şəhid olacağam, mənə yaxşı qulluq edin” deməsini şagirdlərlə bölüşmüşdür. Medal , şəxsi əşyalarla və şəkillərlə bəzdilmiş otaq şagirdlərə sanki qəhrəmanlıq dərsi keçirdi.

   Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi