Gənc müəllimlərlə görüş

   30.09.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən imtahandan yüksək keçid balını toplayaraq A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilmişdir. 
    Məktəb-liseyin direktoru Esmira Ağayeva gənc kadrları təbrik edərək onlara şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən 21 gənc kadr dövlətimizin gənclərə  göstərdiyi qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən yeni nəslin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi