BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
20 nömrəli məktəb-liseyin psixoloqu Aqil Mübariz tərəfindən məktəb-liseydə BMT-nin dayanıqlı inkişaf məqsədləri barəsində tədbir təşkil edilmiş və gənc səfirlər dəvət edilmişdir . Tədbir zamanı 17 müxtəlif istiqamətdə dayanıqlı inkişaf məqsədləri haqqında məlumat verilmişdir . “Təmiz Su və sanitariya” üzrə Gənc səfir tərəfindən ölkəmizin su ehtiyyatları, son bir neçə ildə Kür çayında suyun azalması nəticəsində baş verən fəsadlar və onun nəticələri şagirdlərin diqqətinə çatdırılmışdır. Həmçinin sudan səmərəli istifadə haqqında şagirdlərlə maarifləndirmə işi aprılmışdır. Tədris ili ərzində psixoloq tərəfindən “Ekologiya və ətraf mühit”adlı təlimlər keçirilmişdir.Tədbirin yekununda şagirdlərə bu istiqamətdə suallar ünvanlanmış , hədiyyələr təqdim edilmişdir.