Şagirdlər üçün maliyyə savadlılığı mövzusunda seminar

   Azərbaycan Respublikasının Mərkəzi Bankı maarifləndirmə tədbirləri çərçivəsində hədəf qruplardan olan məktəblilər üçün maliyyə savadlılığına dair ardıcıl seminarlar keçirir. Bu tədbirlərin davamı olaraq 18 fevral 2022-ci il tarixində Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin I sinif şagirdləri üçün Həyat Bilgisi fənni tərkibində “Pullar” və “Büdcəni qoruyaq” mövzularında maarifləndirici təqdimatlar edilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.Seminar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov tərəfindən aparılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi