24 dekabr 2021-ci il tarixdə məktəb-liseyin akt zalında “Narkomaniya ümumbəşər bəladır” mövzusunda tədbir keçirilmişdir
24 dekabr 2021-ci il tarixdə məktəb-liseyin akt zalında “Narkomaniya ümumbəşər bəladır” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb-liseyin direkoru xanım Esmira Ağayeva, Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Təravət Muradova, Yasamal Rayon Polis İdarəsinin rəisinin şəxsi Heyətlə iş üzrə köməkçisi polis polkovniki Orxan Manusrzadə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis kapitanı Fəxrəddin Nəsirov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işinn Təşkili bölməsinin rəisi polis mayoru Nəbi Nəcəfov və Bakı şəhər Narkoloji Dispenserin həkim-narkoloqu Fəzail Sadıqov iştirak etmişlər.