20 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Büşrahuri Gül əl işlərindən və çəkdiyi rəsmlərdən ibarət VİRTUAL SƏRGİ nümayiş etdirmişdir

     Azərbaycan Qadınları Respublika Cəmiyyəti İ.B. –nin könüllüsü, 20 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Büşrahuri Gül əl işlərindən və çəkdiyi rəsmlərdən ibarət VİRTUAL SƏRGİ nümayiş etdirmişdir."Kiçik xeyriyyəçi” Büşrahuri bu günədək bir neçə sərgi və onların satışını təşkil etmiş və oradan əldə etdiyi gəliri isə aztəminatlı ailələrə, sığınacaqda yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara hədiyyə etmişdir. Ən önəmlisi isə 44 günlük Vətən müharibəsi zamanı Büşrahuri Vətən uğrunda döyüşən şücaətli əsgərlərimizə öz istəyi ilə hədiyyələr göndərmişdi. AQRC İ.B.-nin könüllüsü Büşrahuri bu günədək öz vətənpərvərliyi, savadı, tərbiyəsi, mədəniyyəti və qabiliyyəti ilə bizim 1 ƏSRLİK YAŞI olan təşkilatın heyəti tərəfindən rəğbətlə qarşılanıb və dəfələrlə Fəxri Fərmanlarla təltif olunub.

Büşranın rəsmləri içində insanı duyğulandıran və qürurlandıran XARI BÜLBÜL rəsmidir. Bu rəsm Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordumuzun şücaətilə işğaldan azad olunmuş ŞUŞA-ya həsr olunub. Büşrahurini təbrik edir və AQRC İ.B. olaraq onunla fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi