Məktəbimizin şagirdinin növbəti uğuru

 

     Məktəbimizin Fəxri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 10 “b” sinif şagirdi Büşrahuri Gül Novruz bayramı ərəfəsində möhtəşəm İsmailiyyə sarayında gənclər arasında milli dəyərlərin təbliği işindəki fəallığına və 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi nümunəvi davranışından dolayı “Fəxri fərman” və “Diplom”- la təltif olunmuşdur. Tədbir iştirakçıları öz çıxışlarında Büşrahurinin bu davranışına yüksək qiymət verdiklərini söyləmiş və onun kimi dövlətini, millətini sevən, milli- mənəvi dəyərlərinə yüksək dəyər verən və ləyaqətlə təbliğ edən gənclərimizin olduğundan qürurlandıqlarını vurğulamışlar. Bu fəallığına görə Büşranın təhsil aldığı məktəbin rəhbərliyinə və müəllim kollektivinə də təşəkkür ediblər.

Büşranın uğurlarına bütün məktəb kollektivi olaraq, hər zaman sevinir və onun müvəffəqiyyətinin davamını diləyirik!

Məktəbimizin şagirdinin növbəti uğuru

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi