“1mart Ümumdünya Mülki Müdafiə günü”
“1mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar 20 nömrəli məktəb-liseydə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərin artırılmasına, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə tədbirlərinin görülməsinə və onların qarşısının alınmasına nail olmaqdır. Tədbir çərçivəsində, həmçinin siniflərdə maarifləndirici “Açıq dərs”lər də keçirilmişdir. Dərslərdə şagirdlər fövqaladə hallarla bağlı biliklərini nümayiş etdirmişlər.