Şagirdimizin növbəti uğuru!

          Fevralın 15-də, 20 nömrəli məktəb- liseyin 10 ”b” sinif şagirdi Büşrahuri Gül gənclər arasında milli- mənəvi dəyərlərin qorunması və təbliği işində fəal iştirakına görə “Ağa Musa Nağıyev adına milli dəyərlərin qorunması ictimai birliyi” tərəfindən xüsusi “Diplomla” təltif olunub. Birliyin sədri tanınmış alim,azərbaycanlı milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva Büşrahurini təbrik edərək, Büşranın öz yaşıdlarına, bütövlükdə gənc nəslə gözəl örnək olduğunu, yaşının kiçik olmasına baxmayaraq, böyük ürəyə sahib olduğunu, vətənini, millətini dövlətini böyük məhəbbətlə sevdiyini qeyd edib. O, vurğulayıb ki, bu “Diplom” təkcə Büşranın deyil, həm də, ona vətən, millət, dövlət sevgisini aşılayan ailənin,
təlim- tərbiyə, təhsil verən məktəbin və müəllim kollektivinindir!...
Biz də, əziz şagirdimiz Büşrahuriyə təhsil aldığı 20 nömrəli məktəb- liseyin adını daim uca tutduğu və mütəmadi olaraq diplom və fəxri fərmanlara layiq görülərək məktəb rəhbərliyini və müəllim kollektivini qürurlandırdığı üçün təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi