“Qarabağ Azərbaycandır” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibi

   Fevralın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qarabağ Azərbaycandır” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri təltif olunmuşdurlar. İstedadlı və vətənpərvər şagirdimiz Büşrahuri Gül bu layihədə də qalib olaraq, məktəb kollektivini və məktəbli dostlarını qürurlandırdı.
Muzeyin ictimai əlaqələr şöbəsinin müdiri Afaq xanım Büşranı təbrik edərək, onun oxuduğu 20 nömrəli məktəb-liseyin rəhbərliyinə və müəllim kollektivinə hamımızın qürur yeri olan “Qarabağ” mövzusuna həssas yanaşdıqları və Büşrahuri kimi vətənpərvər şagirdlər, istedadlar yetişdirdiyi üçün təşəkkürünü bildirdi. Şagirdimizə uğurlar arzu edirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi