Məişət tullantılarının düzgün idarə edilməsi
IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və SOCAR-ın dəstəyi ilə tullantıların düzgün idarə edilməsi proqramı üzrə ən təhlükəli məişət tullantılardan biri hesab edilən istifadə olunmuş batareyaların xüsusi qutular vasitəsilə toplanması və çeşidlənməsi üzrə yeni layihəyə start verilib. Bu gündən etibarən sözügedən layihənin məktəbimizin psixoloqu Aqil Mübariz tərəfindən uğurla icrasına start verilib.Layihə çərcivəsində şagirdlər arasında təbliğat və təşviqat işlərinin aparılması layihənin əsas məqsədləri sırasındadır.