Arif Hüseynzadə adına 20 N-li məktəb-liseyin ,şəhid Cəbrayıl Dövlətzadənin adını daşıyan 5ğ sinfinin şagirdləri şəhidimizə həsr olunmuş video çarx hazırlamışdır

    Arif Hüseynzadə adına 20 N-li məktəb-liseyin, Kərimova Lalənin rəhbərlik etdiyi , şəhid Cəbrayıl Dövlətzadənin adını daşıyan 5ğ sinfinin şagirdləri Vətən müharibəsi dövründə Ali Baş Komandanımızın qələbə xəbərlərini böyük sevinclə qarşılamış , əsgərlərimizə dəstək olmaq üçün onlara məktublar yazmışlar. Əsgərlərimiz göndərdikləri video cavablarda şagirdlərimizə təşəkkür etmiş və onların Vətənin gələcəyi olduğunu ,vəzifələrinin yaxşı təhsil alaraq, parlaq gələcəyə imza atmalı olduqlarını qeyd etmişlər . 44 günlük Vətən müharibəsi dövründə xalqımıza qürur yaşadan qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk. Adını daşıdığımız ,generalımız Polad Həşimovun qisasını almış , şəhidlik zirvəsinə ucalaraq ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti ,Ali Bas Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ,qarşısına qoyulmuş tapşırıqların icrası zamanı ,vəzifə borcunu şərəflə ,ləyaqətlə ,vicdanla yerinə yetirdiyinə və rəşadət göstərdiyinə görə " Vətən uğrunda medalı","Azərbaycan Bayrağı ordeni " ilə təltif edilmiş Cəbrayıl Dövlətzadənin xatirəsinə həsr edilmiş video çarxı sizlərə təqdim edirik . Videoçarx saytımızın videoqaleriyasında yerləşdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi