Məktəbin direktoru və müavinlər Şəhidlər Xiyabanını ziyarət etmişdirlər
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür və onları qürurla anır.
İçimdə bir mərəz, xəstəliyim var.
Od vurub qəlbimə İyirmi Yanvar
O qanlı günləri xatırlayanda
Yaş gəlir gözlərdən biixtiyar
Azadlığın yolunu seçən xalqımız
Şəhadət şərbətin içən xalqimiz
Əlyalın, silahsız düşmənə qarşı
Öz şirin canindan keçən xalqimiz.
Nəzər sal Vətənin torpaq, daşına
Nə çox müsibətlər gəlib başına
O keçən günləri unutmaq olmaz
Tarixin həkk olub qan yaddaşina.