15.01.2021- ci il tarixdə "ŞƏHİDLƏRİMİZİ TANIDAQ VƏ TANITDIRAQ" adlı onlayn tədbir keçirilmişdir

    Bakı şəhəri Arif Hüseynzadə adına məktəb- liseydə  Sevda Heydərovanın rəhbərlik etdiyi 9m sinfində 15.01.2021- ci il tarixdə "ŞƏHİDLƏRİMİZİ TANIDAQ VƏ TANITDIRAQ " adlı  onlayn tədbir keçirilmişdir.
   Məktəbin direktoru Esmira Ağayeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun 44  gün ərzində Azərbaycan Xalqına yaşatdığı tarixi qələbədən danışdı. Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa dilədi.
   Tədbirə adını qürur hissi ilə yaşatdığımız Xüsusi təyinatlı Aqşin İbadovun atası Nazim İbadov, onunla çiyin -çiyinə döyüşən qardaşı gizir Cəmil İbadov, qardaşı Emil İbadov və digər ailə üzvləri qatılmışdı.
Nazim İbadov oğlu Aqşin İbadovun elmə , vətənə olan sevgisindən danışdı. Aqşin İbadovun insanlığa bir nümunə olduğunu bildirdi.
Allah şəhidlərimizə rəhmət eləsin.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi