Məktəbimizin Fəxri



    20 nömrəli məktəb-liseyin 10- cu sinif şagirdi Büşrahuri Gül keçən gün AQRC İB -nin Gənclər Birliyinin ən fəal üzvü olması və təşkilatın 100 illiyi ilə əlaqədar “100  əsgərə 100 məktub, 100 sovqat” aksiyasında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub. Təltif zamanı, AQRC İB -nin sədri Bahar Qasımova gənc nəslin təlim və tərbiyə işində məktəblərin önəmindən bəhs edərək, 20 nömrəli məktəb- liseyin rəhbərliyinə, müəllim heyətinə Büşrahuri kimi vətənpərvər, duyarlı, millətsevər , ağıllı şagirdlər yetişdirdikləri üçün minnətdarlığını bildirdi.
Məktəbimizin fəxri olan, 10-cu sinif şagirdi Büşrahuri Gül hər zamankı kimi örnək davranışları ilə müəllimlərini və sinif yoldaşlarını sevindirir və qürurlandırır. Biz də sevimli şagirdimizə təhsildə,məktəbin fəxri olma yolunda uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi