Məktəbimiz yeni bir layihəyə imza atdı

     Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 1-ci sinif  üzrə müəllimi Mehparə Babayeva. Məktəbimiz yeni bir layihəyə imza atdı. Məktəbimizin hər bir sinifi Qarabağ müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın adını daşıyacaq. Sinif rəhbəri olduğum 1 d sinifi də bu lahiyəyə ürəkdən qoşularaq qərara aldı ki, sinifimiz şəhid Əliyev Rauf Səxavət oğlunun adını daşısın. Biz bir xalq olaraq şəhid ailələrinə ömür boyu borcluyuq. Çünki onlar vətən uğrunda, torpaq uğrunda, xalq uğrunda canlarını qurban veriblər. Mənəvi borcumuzu yerinə yetirmək üçün valideynlər və şagirdlərimlə şəhid Əliyev Raufun məzarını ziyarət edib onun ruhuna dualar etdik. Şəhid ailəsi ilə də görüşüb onlara maddi və mənəvi dəstək olduq. Şəhid anasının qarşısında baş əyib şəhidlərin hər an əziz xatirələrinin qəlbimizdə daim yaşadıqlarını, onların bir Rauf itirib minlərlə Rauf qazandıqlarını ürək ağrısı ilə bildirdik

 ALLAH bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi