Məktəbimizin “kiçik xeyriyyəçisi

   13 noyabr 2020 - ci il tarixində, QAC Abşeron bölməsində növbəti xeyriyyə aksiyası  keçirilmişdir. Bu dəfə, bölmə erməni vəhşiliyi nəticəsində evləri raket zərbələrinə məruz   qalmış Tərtər rayon sakinlərinə maddi dəstək göstərmişdir. Aksiyada QAC sədri Fazilə xanım Hüseynova çıxış etmış, erməni vandalizmi nəticəsində dinc sakinlərimizin ciddi zərər gördüyünü, bu gün hər bir vətəndaşımızın dövlətimizə, onun ali baş komandanına, milli ordumuza ürəkdən inandığını və onu dəstəklədiyini qeyd etdi. Bizim bu gün və hər zaman həmrəy olmağımızın vacibliyindən danışan sədr əlavə etdi ki, həmişəki kimi, bu aksiyada pandemiya dönəmindən öncə və bu günədək “kiçik xeyriyyəçi” adını yaşadan, yaşı kiçik olsa da , böyük ürəyə sahib olan, Arif Hüseynzadə adına 20 nömrəli məktəb- liseyin 10- cu sinif şagirdi Büşrahuri Gül öz əl işlərindən əldə etdiyi gəliri  bu dəfə də ehtiyac sahiblərinə hədiyyə etdi. Sədr onu da qeyd etdi ki,  20 nömrəli məktəbin şagirdi Büşrahuri bizim yaşca ən kiçik könüllümüz olmağa davam edir. Onun bu yardımsevər addımı hamımızı sevindirir və qururlandırır.

   Sonda, sədr nümayiş etdirdiyi bu nümunəvi davranışından dolayı Büşraya , valideynlərinə, onun təhsil aldığı məktəbin rəhbərliyinə, müəllim kollektivinə belə vətənpərvər, yardımsevər şagirdlər yetişdirdiyi üçün təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi