Şagirdimizin uğurları ilə fəxr edirikSəbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseyin şagirdi Baxşıyev Sehran Babulla oğlu liseyimizin fəxr etdiyi şagirdlərindən biridir. Onun idman yarışlarına dair çox uğurları var. O Dünya Kuboku Döyüş növləri üzrə 3-cü yerə nail olmuşdur. Budo döyüş növləri üzrə Avrasiya çempionu, Kimboks Respublika çempionatı üzrə Respublika çempionatı və mükafatçısı, Kimboks üzrə Beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.
Azad Həsənov liseyimizin fərqlənən şagirdidirSəbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseyin şagirdi Həsənov Azad Emil oğlu liseyimizin seçilən şagirdlərindəndir. O, Azərbaycan Gimnastika Federasiyasında təşkil olunan yarışda Respublika üzrə 1-ci yere layiq görülmüşdür. Gimnastika üzrə əldə etdiyi nailiyyətlərə görə onu yığma komandaya dəvət ediblər.
Kazımova Nərgiz AğahüseynKazımova Nərgiz Ağahüseyn qızı 1963-cü ildə Göyçay şəhərində anadan olub. Orta təhsilini Göyçay şəhəri 5 nömrəli orta məktəbdə alıb.1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakultəsinə daxil olub, 1986-cı ildə universiteti riyaziyyatçı-müəllim ixtisası üzrə bitirib. 1987-ci ildən ilk pedaqoji fəaliyyətə Göyçay şəhərində başlamışdır. Ailə vəziyyəti ilə əlaqədar sonra Lənkəranda və 1996-cı ildən Bakı şəhərində ixtisasım üzrə Səbail rayonu 51 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi işləmişdir. 2001-ci ildən Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı texniki humanitar elmlər liseyində riyaziyyat müəllimi və həmin fənn üzrə metodbirləşmə sədri kimi çalışır. Təhsil Nazirliyinin 2009-cu il 30 sentyabr tarixli 505 nömrəli sərəncam ilə təhsildə əldə etdiyi naliyyətlərə görə"Tərəqqi medalı, 2015-ci il 2 oktyabr 1432 nömrəli sərəncamı ilə "Əməkdar müəllim", 2014-cü ilin 25 sentyabr 11/1109 nömrəli əmri ilə "Qabaqcıl təhsil işçisi döş nişanı", pedaqoji sahədə səmərəli fəaliyyətinə görə 2008-ci il 4 oktyabr tarixində "Fəxri Fərman", 5 may 2005-ci il "Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili" çərçivəsində keçirilən müsabiqənin qalibi olduğu üçün "İlin ən yaxşı müəllimi" və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə 15 sentyabr 2005-ci il tarixində Təhsil Nazirliyinin "Nəsrəddin Tusi" mükafatlarına layiq görülmüşdür.