Beynəlxalq KOPERNİK Olimpiada2024-cü ildə BEYNƏLXALQ OLİMPİADADA İLK UĞURUMUZ
Liseyimizin 8 -ci sinif şagirdi Harun Quluzadə Amerikada keçirilən Beynəlxalq KOPERNİK Olimpiadasında fizika və astronomiya üzrə uğurlu çıxış edərək GÜMÜŞ MEDAL qazanmışdır.
Qeyd edək ki,ölkəmiz olimpiadada yüksək nəticə əldə edərək 1-ci yerə layiq olmuşdur.
NÖVBƏTİ QALİBİYYƏTİMİZNÖVBƏTİ QALİBİYYƏTİMİZ
189-190 nömrəli tam orta məktəbin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi qalib “Sən elə bir zirvəsən-100” layihəsinin 16 ümumtəhsil məktəbini əhatə edən intellektual yarışında liseyimizin komandası *I* yeri qazanmışdır.
Komandanın hər bir şagirdi medal,diplom və planşetlə mükafatlandırılmış, liseylərinə birincilik kuboku qazandırmışlar.
Qalibiyyətimiz münasibətilə səbəbkar şagirdlərimizə təşəkkür edir,2THL ailəsininin hər bir fərdini təbrik edirik.
BOM-2023 Riyaziyyat OlimpiadasıLiseyimizin 7A sinif şagirdi Əhmədova Firuzə
Beyin Olimpiada Mərkəzi tərəfindən təşkil olunan BOM-2023 Riyaziyyat Olimpiadasında göstərdiyi uğurlu nəticəyə görə medalla və sertifikatla təltif olunmuşdur.