Nailiyyətlərimiz

Azad Həsənov liseyimizin fərqlənən şagirdidirSəbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseyin şagirdi Həsənov Azad Emil oğlu liseyimizin seçilən şagirdlərindəndir. O, Azərbaycan Gimnastika Federasiyasında təşkil olunan yarışda Respublika üzrə 1-ci yere layiq görülmüşdür. Gimnastika üzrə əldə etdiyi nailiyyətlərə görə onu yığma komandaya dəvət ediblər.

Kazımova Nərgiz AğahüseynKazımova Nərgiz Ağahüseyn qızı 1963-cü ildə Göyçay şəhərində anadan olub. Orta təhsilini Göyçay şəhəri 5 nömrəli orta məktəbdə alıb.1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakultəsinə daxil olub, 1986-cı ildə universiteti riyaziyyatçı-müəllim ixtisası üzrə bitirib. 1987-ci ildən ilk pedaqoji fəaliyyətə Göyçay şəhərində başlamışdır. Ailə vəziyyəti ilə əlaqədar sonra Lənkəranda və 1996-cı ildən Bakı şəhərində ixtisasım üzrə Səbail rayonu 51 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi işləmişdir. 2001-ci ildən Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı texniki humanitar elmlər liseyində riyaziyyat müəllimi və həmin fənn üzrə metodbirləşmə sədri kimi çalışır. Təhsil Nazirliyinin 2009-cu il 30 sentyabr tarixli 505 nömrəli sərəncam ilə təhsildə əldə etdiyi naliyyətlərə görə"Tərəqqi medalı, 2015-ci il 2 oktyabr 1432 nömrəli sərəncamı ilə "Əməkdar müəllim", 2014-cü ilin 25 sentyabr 11/1109 nömrəli əmri ilə "Qabaqcıl təhsil işçisi döş nişanı", pedaqoji sahədə səmərəli fəaliyyətinə görə 2008-ci il 4 oktyabr tarixində "Fəxri Fərman", 5 may 2005-ci il "Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili" çərçivəsində keçirilən müsabiqənin qalibi olduğu üçün "İlin ən yaxşı müəllimi" və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə 15 sentyabr 2005-ci il tarixində Təhsil Nazirliyinin "Nəsrəddin Tusi" mükafatlarına layiq görülmüşdür.

HAQQIMIZDA

1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınan...

BİZİM FƏXRLƏRİMİZ

Elçin Musazadə Elnur

Harun Quluzadə Sahil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi