15 Sentyabr "Bilik günüdür"

15 Sentyabr “Bilik günü” –ilk zəng günüdür! Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayir. Bilik günü – Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir.Tarix boyu elmə ,biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş , öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycanda 15 sentyabr tarixi "Bilik günü" kimi qeyd olunur. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyəcanla gözlənilən xüsusi qayğı və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Bugün, məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür.Bugünkü bilik bayramında daha çox sevinən və həyəcanlanan məktəbə ilk dəfə qədəm qoyan birincilərdir.Bu yolun başlanğıcında onlara uğurlar arzulayaq. Əziz müəllimlər və şagirdlər! Bilik Günü münasibətilə hamınızı təbrik edir və 2017-2018-ci tədris ilində sizə uğurlar arzulayırıq.