VI siniflərdə monitorinq keçirildi

18 may 2025-ci il tarixində 195 nömrəli tam orta məktəbdə Ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq imtahanı keçirildi. İmtahanda 195 nömrəli məktəb 223, 321 və 224 nömrəli məktəblərlə birlikdə 379 nəfər şagird kağız üzərində, 60 nəfər şagird isə kompüter üzərində imtahan verib. Monitorinq zamanı şagirdlərə tədris dili,riyaziyyat və təbiət fənləri üzrə suallar təqdim olunmuşdu. Monitorinq prosesində təhsilalanlara tədris dili fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual, təbiət fənni üzrə 25 qapalı sual təqdim olundu. VI siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edirdi.Şagirdlərə 180 dəqiqə vaxt verildi. Monitorinqin keçirilməsinin məqsədi təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və yaxşılaşdırılması, VI sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, şagirdlərin növbəti təhsil pilləsində təhsilini davam etdirməyə nə qədər hazırlıqlı olmasının müəyyən edilməsi və bu istiqamətdə kompleks tədbirlərin aparılması ilə bağlı gələcək fəaliyyətlərinin planlaşdırılmasıdır