İfadəli oxu bacarığı yoxlanıldı

    Şagirdlərin oxu bacarığı onların diqqətli, ifadəli və davamlı oxu vərdişləri ilə bağlıdır. Bu, məktəbimizin ibtidai siniflərində müntəzəm olaraq izlənilir. Orta məktəbə qədəm qoyan şagird məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə ifadəli oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir.  0xu texnikasının monitorinqini aparmaq məqsədilə məktəbin kitabxana müdiri Səkinə Əfəndiyeva və kitabxanaçı Yaqut Eyvazovanın rəhbərliyi ilə  06 may 2025-ci il tarixdə I siniflərdə şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi həyata keçirilmişdir. Ayrı-ayrı siniflərdə rəhbərliyin iştirakı ilə aparılan yoxlama zamanı məlum oldu ki, şagirdlər, onlar üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi